×
A
A
A
Sazlamalar

Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb

Bakı, 25 yanvar, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb
AZƏRTAC xəbər verir ki, 34 yaşlı qapıçı buna “Şalke” ilə matçda (4:0) nail olub.
Almaniyalı qapıçı çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.
Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.

İdman 2021-01-25 12:23:00