×
A
A
A
Sazlamalar

Ağacları kəsən şəxslər cəzalandırılacaqlar

Bakı, 25 yanvar, AZƏRTAC

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ Rayon Polis Şöbəsinə göndərilib.

Ekologiya 2021-01-25 12:22:00