×
A
A
A
Sazlamalar

Zaqatalada payızlıq dənlilərin əkin sahəsi 76 hektar artıb

Zaqatala, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalada 2021-ci ilin məhsulu üçün bütün təsərrüfat kateqoriyaları üzrə 11 min 627 hektar sahədə payızlıq bitkilərin səpini üçün şum aparılıb. Torpaq mülkiyyətçiləri tərəfindən isə ötən ilin payızında 11 min 396 hektar sahədə dənli bitkilərin səpini həyata keçirilib. Taxıl əkinlərinin 7 min 819 hektarını buğda, 3 min 577 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 76 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, payızlıq dənli bitkilərin əkin sahəsinin 10 min 296 hektarı və ya 90,3 faizi əhali təsərrüfatlarının payına düşür.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Kənd təsərrüfatı 2021-01-23 20:29:00