×
A
A
A
Sazlamalar

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Hörmətli cənab Prezident.

Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2021-ci il.

Məktublar 2021-01-23 16:49:00