Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
Bakı, 23 yanvar, AZƏRTAC
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 23-ü tarixi də daxil olmaqla 4214 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 1084 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 966 müraciəti yerində həll edilib.
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO