×
A
A
A
Sazlamalar

Neft Fondunun investisiya portfelinin 59,26 faizi inkişaf etmiş ölkələri əhatə edir

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,26 faizi Avropa, 23,48 faizi Asiya-Sakit Okean ölkələri, 24,96 faizi Şimali Amerika, 1,16 faizi Avstraliya-Yeni Zelandiya, 1,09 faizi Yaxın Şərq, 0,04 faizi Cənubi Amerika və 5,85 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
İl ərzində Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr, 5,85 faizi beynəlxalq maliyyə təşkilatları, 14,16 faizi qızıl təşkil edib.

 

Neft - qaz 2021-01-23 12:03:00