×
A
A
A
Sazlamalar

Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb

Bakı, 23 yanvar, AZƏRTAC 

2020-ci ildə sahələrdən 1 milyon 738,9 min ton və ya əvvəlki ilə nisbətən 1,4 faiz çox tərəvəz yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində sahələrdən 1 milyon 37,6 min ton (3,3 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları toplanıb.
Eyni zamanda, hektarın orta məhsuldarlığı tərəvəz üzrə 12 sentner, kartof üzrə 5 sentner, bostan məhsulları üzrə 15 sentner artıb və müvafiq olaraq 188, 174 və 224 sentner olub.

Kənd təsərrüfatı 2021-01-23 11:43:00