×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bakı, 23 yanvar, AZƏRTAC 

2020-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 428,9 milyon manat təşkil edib ki, onun da 4 milyard 400,5 milyon manatı heyvandarlıq, 4 milyard 28,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu illə müqayisədə kənd təsərrüfatının istehsalı 2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 0,8 faiz artıb.

Kənd təsərrüfatı 2021-01-23 11:12:00