×
A
A
A
Sazlamalar

Biləsuvarda tərəvəz sahələrindən 55 min tondan çox məhsul yığılıb

Biləsuvar, 23 yanvar, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda ötən il tərəvəz sahələrindən 55 min 35,4 ton məhsul tədarük edilib ki, bu da 2019-cu ildəkindən 6 min 43 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər ötən il 1284,2 hektar sahədə tərəvəz becərib və 55 min 35,4 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 428 sentner olub. Yığılan məhsulun 4 min 487 tonunu xiyar, 47 min 184 tonunu pomidor, 298 tonunu badımcan, 166 tonunu bibər, 153 tonunu sarımsaq, 456 tonunu soğan, 1910 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 35 tonunu turp, 272,9 tonunu isə digər tərəvəz məhsulları təşkil edib.

Kənd təsərrüfatı 2021-01-23 11:10:00