×
A
A
A
Sazlamalar

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Bakı, 23 yanvar, AZƏRTAC
Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerin Neftçala rayon sakini Məlik Abdullayev olduğu müəyyənləşib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Ekologiya 2021-01-23 10:53:00