×
A
A
A
Sazlamalar

Salyanda pambıq əkininə hazırlıq görülür

Salyan, 23 yanvar, Mahir Babayev, AZƏRTAC

Salyanda cari təsərrüfat ilində 5 min hektardan çox sahədə pambıq becərilməsi nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qısa müddətədə 3 min 171 hektar sahə təmizlənərək şumlanıb.
Rayonda fəaliyyət göstərən 3 pambıq emalı müəssəsi ilə 4 min 744 hektar sahədə pambıq yetişdirilməsi üçün üçün 865 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Qeyd edək ki, ötən il rayonda 5 min 10 hektar sahədə pambıq əkilib və 20 min 426 ton məhsul yığılıb. Pambıq sahələrinin hər hektarının məhsuldarlığı 40,8 sentnerə çatıb ki, bu da pambıq əkini ilə məşğul olan rayonlar arasında ən yüksək göstəricidir.

 

Kənd təsərrüfatı 2021-01-23 10:44:00