×
A
A
A
Sazlamalar

Keçən il Ağsuda 2399 yeni iş yeri açılıb

Ağsu, 22 yanvar, AZƏRTAC 

Yola saldığımız 2020-ci ildə dünyanı cənginə alan koronavirus pandemiyasının bir sıra sahələrdə həyatı iflic vəziyyətinə salmasına baxmayaraq, respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, sahibkarlar üçün yaradılan əlverişli şərait və onlara göstərilən dövlət dəstəyi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Ağsuda 2399 yeni iş yeri açılıb. Açılan iş yerlərinin hamısı daimidir. Bu iş yerlərinin 31-i yeni yaradılan müəssisələrdə, 7-si mövcud müəssisələrdə, 1361-i isə fiziki şəxslərdədir.
Qeyd edək ki, aqrar sektorda aparılan islahatlar, pambıqçılıq, baramaçılıq kimi ənənəvi sahələrin inkişafına göstərilən dövlət dəstəyi minlərlə mövsümi iş yerinin açılmasına şərait yaradıb. Təkcə ötən il pambıqçılıq və baramaçılıq sahələrində 2000 nəfərdən çox işçi qüvvəsi çalışıb.

Kənd təsərrüfatı 2021-01-22 13:07:00