×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçib

Buxarest, 21 yanvar, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 703 min 776 nəfərə çatıb.
AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 2878 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 17 min 554 nəfərdir. İndiyədək 641 min 288 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2021-01-21 22:20:00