×
A
A
A
Sazlamalar

Xarkovda Qocalar evində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub

Kiyev, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-i yerli vaxtla 15:03-də Ukraynanın Xarkov şəhərində Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, yanğın zamanı 5 nəfər də ağır dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2021-01-21 19:40:00