×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Kəndyeri kəndinin videogörüntüləri yayımlanıb VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Kəndyeri kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən Kəndyeri kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Ordu 2021-01-21 19:28:00

Video