×
A
A
A
Sazlamalar

Burak Yılmaz “Lill”də dekabrın ən yaxşı futbolçusu seçilib

Bakı, 21 yanvar, AZƏRTAC

Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. Otuz altı yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.
Qeyd edək ki, “Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.

İdman 2021-01-21 19:07:00