×
A
A
A
Sazlamalar

Türkiyəli nazir: İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlər sürətlə davam edir

Bakı, 21 yanvar, AZƏRTAC

İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi üzrə işlər sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
“Məqsədimiz Naxçıvana fasiləsiz və təhlükəsiz şəkildə təbii qaz tədarük etməkdir. 85 kilometrlik boru kəməri ilə illik 500 milyon kubmetr qaz nəql ediləcək. Bu, Naxçıvanda yaşayan Azərbaycan türklərinə böyük töhfə olacaq. Naxçıvanın sənayesi təbii qaz atəşi ilə alovlanacaq”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, dekabrın 15-də Ankarada Azərbaycanın Energetika Nazirliyi ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair anlaşma memorandumu imzalanıb.

Neft - qaz 2021-01-21 18:10:00