×
A
A
A
Sazlamalar

Əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyatlar keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində uğurlu əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Şəmkir rayonunda isə polis əməkdaşları Əliyaqublu kənd sakini A.Abdullayevdə müvafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkarlayıblar.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri götürülüb.

Hadisə 2021-01-21 17:58:00