×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda motosiklet oğurlayan şəxs məsuliyyətə cəlb olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Nəsimi rayonunda motosiklet oğurlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edən paytaxt sakini C.Quliyev yanvarın 19-da Azadlıq prospektindən “Yamaha” markalı motosikletinin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Vahidov müəyyən edilərək saxlanılıb, motosiklet yaşadığı evin həyətindən tapılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-01-21 17:52:00