×
A
A
A
Sazlamalar

Macar nəşrində 20 Yanvar faciəsi barədə məqalə dərc edilib

Bakı, 21 yanvar, AZƏRTAC

Macarıstanın nüfuzlu “Daily News Hungary” nəşrində AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin 20 Yanvar faciəsinə həsr olunmuş məqaləsi dərs edilib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan və macar xalqlarının azadlıq və müstəqillik uğrunda hərəkatları arasında müqayisə aparılır, vaxtilə SSRİ-nin paytaxtında rəhbər vəzifələr tutan destruktiv qüvvələrin 1956-cı ildə Budapeştdə və 1990-cı ildə Bakıda törətdiyi cinayətlərin eyni dəst-xəttə malik olması qeyd edilir.
Bildirilir ki, hər iki xalqın azadlığı ədalətsizliyə qarşı mübarizlərin axıdılan qanı bahasına başa gəlib. Məqalədə sovet qoşunlarının Bakıya cinayətkarcasına yeridilməsindən əvvəl baş verən hadisələrin, xüsusən Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı təcavüzünə dair hadisələrin qısa xronologiyası verilir.

20 yanvar 2021-01-21 17:18:00