×
A
A
A
Sazlamalar

Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsinə start verib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) martın 31-dək mərkəzin [email protected] ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edə bilərlər.
Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.
Əlavə məlumatı almaq istəyənlər bu nömrəyə (+994 12) 595-10-69 (daxili nömrə 107) zəng edə bilərlər.

Mədəniyyət 2021-01-21 16:40:00