×
A
A
A
Sazlamalar

“Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çatıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən ilin nəticələrinə görə “Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çataraq 200 milyondan çox abunəçi toplayıb.
AZƏRTAC qazeta.ru saytına istinadla xəbər verir ki, striminq platformasının əldə etdiyi uğura COVID-19 pandemiyası, orijinal kontent həmçinin “Korona” və “Kraliçanın gedişi” serialların nümayişi səbəb olub.

Teatr və kino 2021-01-21 15:03:00