×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 67,4 milyon dollar olub

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 67,4 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Maliyyə 2021-01-21 12:39:00