Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100489S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 99.5339 AZN (6.24 faiz) və 97.5702 AZN (5.76 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 864 milyon 189 min 400 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.5702 AZN (5.76 faiz), orta ölçülmüş qiyməti isə 97.5702 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar fevralın 17-də ödəniləcək.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb