×
A
A
A
Sazlamalar

Ət idxalı azalıb

Bakı, 21 yanvar, AZƏRTAC
Keçən il ölkəyə 43,9 min ton ət idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 78,7 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ildə 79,4 milyon dollarlıq 51,5 min ton ət idxal edilib.

İqtisadiyyat 2021-01-21 11:21:00