×
A
A
A
Sazlamalar

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi saatda 40 kilometr, qalan hissələrində, eləcə də Zığ-Hava limanı yolunda isə saatda 20 kilometr həddində endirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Erkən saatlarda mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.
Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmaları, sürücülərdən sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş edilir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

 

Nəqliyyat 2021-01-21 11:20:00