×
A
A
A
Sazlamalar

Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib

Bakı, 20 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə yaradılmış, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2777 vətəndaş müraciət edib.
Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb.
Müraciətlərdə qaldırılan məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb.
Bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.

Ordu 2021-01-20 16:14:00