×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Şuşada anılıb VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Ordu 2021-01-20 15:05:00

Video