×
A
A
A
Sazlamalar

İxrac olunan bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Bakı, 20 yanvar, AZƏRTAC
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 47,85 milyon ABŞ dolları olan 91,39 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 11 ayda ölkədən, həmçinin 197,6 milyon dollarlıq 800,1 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 3,97 milyon dollarlıq 32,04 min ton maye qaz, 9,5 milyon dollarlıq 150 min ton neft koksu göndərilib.

 

Neft - qaz 2021-01-20 13:01:00