×
A
A
A
Sazlamalar

Azərbaycan neftinin qiyməti 56 dolları keçib

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Neft - qaz 2021-01-20 11:38:00