×
A
A
A
Sazlamalar

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 20 yanvar, AZƏRTAC

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, paytaxt klubu gürcüstanlı yarımmüdafiəçi Luka İmnadzeni heyətinə qatıb.
İyirmi dörd yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. L.İmnadze karyerası ərzində ölkəsində “Quria”, “Saburtalo”, “Kolxeti Poti”, “Rustavi” və “Samtredia” klublarının uğurları üçün çalışıb.

İdman 2021-01-20 02:00:00