×
A
A
A
Sazlamalar

Qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hökumətə təqdim olunub

Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 1-dən çox nazik, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsinə qadağa qoyulub. Bundan əlavə, qalınlığı 15 mikrondan çox olan polietilen paketlərin alıcılara ödənişli təqdim olunması ilə bağlı təkliflər hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Ümid edirəm ki, yaxın zamanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan, yəni daha qalın polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq. Bununla polietilen, o cümlədən qablaşdırma tullantılarının ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”, - deyə R.Səttarzadə qeyd edib.

Ekologiya 2021-01-19 18:49:00