×
A
A
A
Sazlamalar

16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

Bakı, 19 yanvar, AZƏRTAC

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 15-dən 18-dək ümumilikdə 16 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb və sifarişçiyə bu barədə şəhadətnamə təqdim olunub.
Qeydiyyata alınan baytarlıq preparatlarından 10-u Türkiyə, 3-ü Çin Xalq Respublikası, 2-i Rusiya Federasiyası, 1-i isə Ukrayna istehsalıdır.

Sosial 2021-01-19 18:24:00