×
A
A
A
Sazlamalar

FHN-in modul tipli hospitalında qəhrəman həkimlərimizin COVID-19 ilə mübarizəsi davam edir

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi (FHN) Tibb Mərkəzinin modul tipli hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqla təchiz olunmuş hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.
Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.

Sosial 2021-01-19 18:02:00