×
A
A
A
Sazlamalar

Sabirabad rayonunda minik avtomobili yanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Sabirabad rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Şəhriyar kəndində “Mercedes” markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı təhqiqat aparılır.

Hadisə 2021-01-19 17:26:00