×
A
A
A
Sazlamalar

Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib

Tehran, 19 yanvar, AZƏRTAC

İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət  Komissiyasının Tehranda keçirilən 14-cü iclasına sosial şəbəkə üzərindən münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, səfir komissiyanın işini yüksək qiymətləndirərək iki ölkənin birlikdə həyata keçirdikləri iqtisadi layihələrin davam edəcəyini və uğurla nəticələnəcəyini bildirib.
Diplomat vurğulayıb ki, komissiyanın işinin nəticəsi olaraq iki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib. İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda iştirak imkanı yaranıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

 

İqtisadiyyat 2021-01-19 16:31:00