×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 13-cü pillədə qərarlaşıb

Bakı, 19 yanvar, AZƏRTAC

Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması planetin 13-cü komandasıdır.
Joze Alesionun yetirmələrinin hesabında 1407 xal var. Millimiz 12-ci olan Ukraynadan cəmi 35 xal geri qalır.
Azərbaycan yığması UEFA-ya üzv ölkələr arasında 8-cidir. Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər ilk “üçlük”də yer alan Braziliya və Argentinanı qabaqlayırlar.

İdman 2021-01-19 16:30:00