Düşənbədə “Arşın mal alan” operettasının təqdimatı olub
Düşənbə, 19 yanvar, АZƏRTAC
Tacikistan paytaxtındakı Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Səhnə əsərinin rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Baxrom Safoyevdir.
Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər.
Tamaşa anşlaqla keçib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir