×
A
A
A
Sazlamalar

“Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Yaradıcı oxucularımız” layihəsini uğurla davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın həyata keçirdiyi bütün layihələrdə yaxından iştirak edən şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəsibə İsrafilqızı növbəti dəfə “Mənim Azərbaycanım” şeirini virtual oxuculara təqdim edib.

Mədəniyyət 2021-01-19 10:36:00