İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda
Bakı, 18 yanvar, AZƏRTAC
Gürcüstan Ədəbi Tərcümə Assosiasiyası (“Literary Translators Association of Georgia”) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsini elektron kitabxanasına yerləşdirib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.
Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.
Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş