×
A
A
A
Sazlamalar

Bakı Limanı: Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub

Bakı, 18 yanvar, AZƏRTAC

2020-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən Bakı Limanında sərnişin daşınmasında azalma olub və 25 min 609 nəfər təşkil edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanında peşəkar tibb personal tərəfindən COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsi operativ şəkildə təşkil edilib və analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq olunub.
Keçən il 21 min 599 nəfər beynəlxalq yükdaşıma iştirakçısının (TIR sürücüsü) 14 min 411-i Bakı Limanında, 7188-i isə “Qırmızı Körpü”də COVID-19 testindən keçib.

Nəqliyyat 2021-01-18 17:42:00