×
A
A
A
Sazlamalar

Bu gün Bakıda 554 küçə dezinfeksiya olunub

Bakı, 16 yanvar, AZƏRTAC
Paytaxt Bakıda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvarın 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu il ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə iyirminci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, görülən bu işlər şəhərdə sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”, - deyə məlumatda bildirilir.

Sosial 2021-01-16 16:54:00