×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsulları ixracının həcmi artıb

Bakı, 15 yanvar, AZƏRTAC

2020-ci ildə Azərbaycandan 576,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 85,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ildə ölkədən ixrac olunan 536,9 min ton kimya məhsullarının dəyəri 102,8 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-01-15 18:17:00