×
A
A
A
Sazlamalar

Azərbaycanla Türkiyə arasında UPT pul köçürmə sistemi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də "Azərpoçt" MMC, Türkiyənin "Poçt və Teleqraf Təşkilatı" (PTT) və "Aktif Bank" arasında UPT (beynəlxalq pul köçürmə) pul köçürmə sistemi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqavilənin məqsədi iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.
Həmçinin imzalanan müqavilə Azərbaycan və Türkiyə arasında daşınan poçt həcminin, mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq elektron ticarətin inkişafına töhfə verəcək.
Sənədi "Azərpoçt" MMC-nin Baş direktoru Emin Əfəndiyev, PTT-nin Baş direktoru Hakan Gültən, "Aktif Bank"ın Baş direktoru Sərdar Sümer imzalayıblar.

İKT 2021-01-14 15:48:00