×
A
A
A
Sazlamalar

“Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda XV beynəlxalq elmi konfrans keçiriləcək

Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən ölkəmizin Vətən müharibəsində əldə etdiyi şanlı Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” devizi ilə “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, martın 11-12-də təşkil olunacaq konfransın mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər məqalələrini yanvarın 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Elm və təhsil 2021-01-09 12:12:00