×
A
A
A
Sazlamalar

Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması prosesi yanvarın 13-dək davam edəcək

Bakı, 9 yanvar, AZƏRTAC
Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portalda mövcud sorğuların tamamlanması prosesi yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Xatırladaq ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Elm və təhsil 2021-01-09 12:11:00