×
A
A
A
Sazlamalar

İctimai səhiyyə sahəsində çalışanlar üçün Çində təqaüd proqramı

Bakı, 9 yanvar, AZƏRTAC 

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək olar.

Elm və təhsil 2021-01-09 11:07:00