×
A
A
A
Sazlamalar

Genetik Ehtiyatlar İnstitutunda magistrantların qış imtahan sessiyası keçirilir

Bakı, 8 yanvar, AZƏRTAC 

Genetik Ehtiyatlar İnstitutunda təhsil alan magistrantların 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, genetika, insan genetikası, bitkilərin seleksiyası, bitkilərin mühafizəsi ixtisasları üzrə II kursda təhsil alan 5 magistrantın bitki biotexnologiyası və molekulyar seleksiya və elmi tədqiqatın metodologiyası fənləri üzrə imtahanları keçirilib. İmtahanlar "Zoom" platformasından istifadə edilməklə onlayn formatda təşkil olunub.
Qeyd edək ki, institutda qış imtahan sessiyası fevral ayının 2-dək davam edəcək.

Elm və təhsil 2021-01-08 18:32:00