×
A
A
A
Sazlamalar

Bakı sakinindən saxta əsginas və 2,6 qramdan çox heroin aşkarlanaraq götürülüb

Bakı, 4 yanvar, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Hüseynovdan iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq saxta əsginas götürülüb. Bundan başqa, həmin şəxsdən 2,6 qramdan çox heroin və elektron tərəzi aşkarlanıb.

 

Hadisə 2021-01-04 16:48:00