×
A
A
A
Sazlamalar

DİN: Ötən gün 2225 nəqliyyat vasitəsi karantin postlarından geri qaytarılıb

Bakı, 4 yanvar, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş̧-çıxışlarında quraşdırılmış̧ xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2225 nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də həmin müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Eyni zamanda, son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb, 6 nəfər barəsində cinayət işi başlanıb.
Bu istiqamətdə tətbiq olunan bütün tədbirlər əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılaşmaları, zərurət olmadan yaşayış yerlərini tərk etməmələri xahiş olunur.

 

Hadisə 2021-01-04 13:02:00